Mircəfər Bağırovun ailə həyatından

Mircəfər Bağırov 1896-cı ildə Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. Ailənin sonbeşiyi olan Mircəfər Bağırovdan yaşca böyük iki bacısı olub.mircefer-baqirov-0
İki övlad sahibi olan Mircəfər Bağırovun ilk ailə izdivacı Həştərxanda işləyərkən olub. O, Mariya adlı bir zadəgan qızıyla ailə həyatı qurub və bu nigahdan onların 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlib.
1926-cı ildə Mariya xanımın vəfatından sonra bacılarının təkidi ilə 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nigahdan Mircəfər Bağırovun 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.
M.Bağırovun böyük oğlu təyyarəçi olub. O, aviasiya məktəbində oxuyub və pilot kimi İkinci Dünya müharibəsində iştirak edib. Ağır döyüşlərdə yaralanan Cahangir cəbhə bölgəsindən təxris olunmasına və xidmətə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib.
1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə iştirak edən Cahangir 7-8 alman təyyarəsini vurduqdan sonra idarə etdiyi təyyarənin yanacağının qurtardığını bilib tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Beləcə, Vətənin istiqlaliyyəti uğrunda qəhrəmancasına həlak olub.
Cahangirə vəfatından sonra “Lenin” ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.
M.Bağırovun kiçik oğlu Cen Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. Lakin 1953-cü ildə Mircəfər Bağırovu işdən azad edildikdən sonra Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. O, 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci ilin aprelin 26-da onun bir oğlu dünyaya gəlib və onun adını Mircəfər qoyub.
Cen 1994-cü il mayın 24-də Moskvada dünyasını dəyişib. Oğlu Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzası nəticəsində həlak olub.

Advertisements

Mart 26, 2013 tarixində İctimai içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bəs siz nə düşünürsünüz?

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: