“Bahar çiçəkləri” Quba Özəl Türk liseyinə ətir saçdı

Aprelin 18-də Quba Özəl Türk liseyində 9a sinif şagirdlərinin keçirdiyi “Bahar çiçəkləri” adlı bədii gecədə iştirak etdim. Tədbirin səmimiliyi, guba-10ahəngdarlığı və ən əsası təsirliliyi məni bloq yazmağa həvəsləndirdi.
Sinif gecəsi ilk olaraq şagirdlərin fəaliyyətini əks etdirən videoçarxın təqdimatı ilə başlandı və müxtəlif səhnəciklərin nümayişi ilə davam etdi.
Səhnələrdə ifa etdikləri etdikləri rolların obrazlarını yüksək səviyyədə yarada bilən şagirdlər öz bacarıqlarını və gərgin müəllim əməyini göz qabağına qoya bildilər.
Göstərilən bütün səhnələri və ifa edilən mahnılar iştirakçıların alqışları ilə qarşılanırdı. Nümayiş edilən səhnələrdən ən xoşuma gələn müəllim, şagird və valideyn münasibətlərinə həsr edilən səhnəcik, Milli qəhrəmanımız Çingiz Mustafayevə həsr edilən mahnı və ata haqqında söylənilən hekayə oldu.
Ən çox diqqətimi cəlb edən amil isə valideynlərin hamılıqla bədii gecədə iştirak etməsi idi. Belə tədbirlərə valideynlərin cəlb edilməsi şagirdlərə sitimul verməklə yanaşı, həm də valideyn-müəllim, valideyn-övlad münasibətlərini daha da yaxınlaşdırır, nəticədə şagirdlərin inkişafına gətirib çıxarır. Bu baxımdan Quba Özəl Türk Liseyinin təşəbbüsünü müsbət qiymətləndirir, gələcək işlərində uğurlar arzu edirəm.
Təbii ki, sonda məni bu tədbirə dəvət etdiyi üçün dostum Amil Tağıyevə təşəkkürümü bildirirəm.

Aprel 20, 2013 tarixində Hadisə, Rəy içində dərc edildi və , , , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Reblogged this on Azad Könüllülər Klubu and commented:
    “Bahar çiçəkləri” Quba Özəl Türk liseyinə ətir saçdı

Bəs siz nə düşünürsünüz?