Üzünüzdən təbəssüm əskik olmasın

1248966315_BakuNights.Net_hihiİşlərimiz çoxluğu, çətin olması bizləri həddindən artıq yorur. Bu yorğunluq hərəkətlərimizdən tutmuş, üz mimikamıza qədər təsir edir, əsəblərimizi tarama çəkir. Bu minvalla həyatımız davam edir. Ürəyimiz dolu olsa da dərdimizi kiminləsə bölüşə bilmirik. Çünki hamının eyni problemi, eyni sıxıntıları var. Evə gələndə də bu abı-hava ilə, yəni hirsli şəkildə evdəkilərlə danışır, çox vaxt ünsiyyətdən qaçırıq. Halbuki evdəkilərin sənin kənarda hansı işlərlə məşğul olduğunu, hansı stresslər keçirdiyini bilmirlər. Bu baxımdan səmimi ünsiyyət, xoş bir təbəssüm gözləyirlər. Çünki bu təbəssümü onlar ən böyük hədiyyə və xoşbəxtlik kimi qəbul edirlər. Niyə də etməsinlər! Kiməsə bir təbəssüm bəxş etmək beləmi çətindir? Əslində çətindir. Çətindir çünki həyat çətin və keşməkeşlidir. Amma o insan bütün bu çətinliklərə baxmayaraq gülümsəməyi bacarır, ətrafındakılara xoş rəftar göstərir, o hər zaman qalib olur, istər işdə, istərsə də evdə. Odur ki, heç zaman üzünüzdən təbəssümü əskik etməyin. İstər yolla gedərkən salamlaşdığınız dostlarınızla, istərsə də təsədüfən qarşılaşdığınız insanlarla ünsiyyət zamanı üzünüzdən hirsi, acığı bir bir kənara atın, təbəssüm formalaşdırın, gülərüzlə danışın, salamlaşın. Çünki insanların təbəssümə böyük mənəvi ehtiyyacları var. Əksəriyyət kiçik bir təbəssümdən böyük stimul alır.

ÜZÜNÜZDƏN TƏBƏSSÜMÜ, QƏLBİNİZDƏN MƏRHƏMƏTİ ƏSKİK ETMƏYİN!

May 3, 2013 tarixində Hadisə, Rəy, İctimai içində dərc edildi və , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bəs siz nə düşünürsünüz?