Bu dili yaşadanlar hələ də yaşayırlar (səmimi söhbət)

SAM_1302Sosial şəbəkədəki tanışlıq məni bir yazı yazmağa həvəsləndirdi. Bakıya olan iş səfərim bunu reallaşdırdı. Belə ki, səfərdən səmərəli istifadə edib yazının qəhrəmanı ilə görüşdüm. Çay süfrəsi arxasında səmimi söhbət etdik.

Haqqında danışdığım qəhrəman Ağacamal Soltanovdur.

O, 1958-ci ildə Siyəzən rayonunda anadan olub. 1980-ci ildə Xarici Dillər Universitetinin məzunu olub. Bundan sonra bir sıra ali və orta məktəblərdə müəllim işləyib. Hazırda Bakı şəhər, Bayıl qəsəbəsində yaşayır, BP Neft Şirkətində çalışır.

A.Soltanov Azərbaycanda yaşayan etnik qrup olan tatlardandır. O, bu dilin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması sahəsində də bir sıra işlər görür. Onun bu sahədə ən dəyərli işlərindən biri də “Tatca-Azərbaycancanca, Azərbaycanca-Tatca lüğət”nin hazırlaması, nəşr etdirməsi olub. A.Soltanov ilk lüğəti 2007-ci ildə nəşr olunub və kitaba 3000 söz daxil olunub. Bir qədər sonra, yəni 2013-cü ildə isə ikinci nəşri işıq üzü görüb. Kitab Azərbaycanda dillərin öyrənilməsi ilə məşqul olan “Üfüq-S” Dil Tədqiqt Mərkəzinin xətti ilə dərc edilib, bura 5000 söz daxil olunub.

Kitabın birinci – Tatca-Azərbaycancanca – fonetika, qrammatika hissəsini A.Soltanov, ikinci hissəsini – Azərbaycanca-Tatca – şəkil0621hissəsini isə filologiya elmləri namizədi, fəlsəfə doktoru, Azərbaycan Pedaqoji İnstitutunun müəllimi Məmmədxan Soltanov hazırlayıb.

A.Soltanov bildirir ki, belə dillərin qorunub saxlanılmasında lüğətlərin rolu böyükdür:

–Bizdən əvvəl yaşamış nəsillər əsasən bu dildə danışdıqlarından dövrümüzə qədər gəlib çatmışdır. Hazırda isə bu dili yadırğamaq üzrəyik, çünki gənc nəsllər getdikcə bu dili unudurlar. Bunun əsas səbəblərindən biri bu dildə dərs vəsaitlərinin, dərgilərin, nəşrlərin olmaması və ya az olmasıdır. Düzdür, müxtəlif tədbirlərdə etnik qrupların, o cümlədən tatların mədəniyyətinin tadılması, təbliği istiqamətində müəyyən işlər görülür, sərgilər keçirilir. Amma unutmaq olmaz ki, ən böyük mədəniyyət dildir. Dili unutmaq, mədəniyyəti sıradan çıxarmaq, məhv etməkdir.

Ümüdvarıq ki, Azərbaycanı özlərinin doğma Vətəni hesab edən bir sıra etnik qrupların nümayəndələri, o cümlədən, tatlar da öz dilinə, mədəniyyətlərinə sahib çıxacaq, tat dilinin gələcək nəsllərə ötürülməsi sahəsində əllərindən gələni əsirgəməyəcəklər, bu dili yaşadacaqlar.

Dekabr 18, 2013 tarixində İctimai içində dərc edildi və , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. men bu kitabi hardan elde ede bilerem.? cunki cox yerde tapilmir

  2. Bu kitabı necə əldə etmək olar? Satışda haralarda olur?

Bəs siz nə düşünürsünüz?