Bir əsrlik məscid təmir olunmalıdır (foto-video)

Quba rayon Xanəgah kəndində yerləşən məscid XX əsrdə inşa olunub və əhalinin istifadəsinə verilib. Kənd sakinləri bildirirlər ki, bir əsrlik yaşı olan ibadətgaha tək Xanəgah kənd sakinləri deyil, qonşu kəndlərdən də gələnlər olub. Azan səsinə məscidə toplaşan sakinlər özlərinin dini ayinlərini yerinə yetirər, Ramazan bayramını böyük sevinclə qeyd edər, Qurban bayramında qurbanlarını kəsər, kəndin yoxsul təbəqəsinə paylayardılar.
Hazırda ibadətgahın qapıları illərdir ki, sakinlərin üzünə bağlıdır. Buna səbəb isə məscidin baxımsızlıqdan dağılaraq ibadət üçün yararsız hala düşməsidir. Belə ki, məscidin fasadı dağlıb, pəncərələri sınıb, tavanı tamamilə sıradan çıxıb.
Sakinlərdən əldə etdiyimiz məlumata görə məscidin təmiri ilə bağlı aidiyyatı orqanlara müraciət ediblər. Onlara bildirilib ki, məscid tezliklə əsaslı şəkildə təmir olunacaq və yenidən sakinlərin istifadəsinə veriləcək.
Biz də bu mübarək Ramazan ayında ümid edirik ki, sakinlərin istəkləri çox çəkmədən həllini tapacaq.

Mehman Musaoğlu

SAM_0324

SAM_0327

İyul 24, 2014 tarixində Video, Şəkillər, İctimai içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bəs siz nə düşünürsünüz?