Əski PAZ-lar bizə belə …

pazƏski PAZ-ları tərifləmək fikirim yoxdur. Sadəcə bir paz kimi bizə olan təsirindən danışmaq istəyirəm. Bir müddət əvvəl sərnişindaşımada üstünlük təşkil edən PAZ avtobusları bizə həqiqi paz kimi görünürdüsə də biz onların şəhər yollarında “özlərini buraxdığını” eşitməmişdik. Yəni, bu avtobusların bir məqsədi var idi, onları idarə edən sürücülər də bunu gözəl bilir və ancaq bu niyyət üçün PAZ-ları idarə edirdilər. PAZ hara, şəhər yollarını “Formula 1” in yarışlarına çevirmək hara…
Amma bu uzun müddət davam etmədi. Biz bu avtobusları müasirləşməyə qurban verdik… Yəni PAZ-ı pazla çıxardıq. Təbii ki, biz belə güman edirdik. Yaxşı deyiblər sən saydığını say, saymadığını da saymayanlar sayar. Necə ki, bizim saymadığımızı şəhərə gətirilən müasir avtobuslar və onların sürücüləri saydı. Onların sayəsində əsil pazın nə olduğunu gördük və eşitdik.
Hər gün avto qəzaların baş verməsi haqqında KİV-dən məlumat alırıq ki, bunların əksəriyyətinin əsas səbəbkarı da məhz avtobus imagessürücüləri olur. Camaat Bakının göbəyində kiçik minik avtomobillərini gücə-bəla ilə idarə edir ki, amandı bir xəta çıxarmayım, avtobuslar isə tam əksinə. Təzə avtobuslarda maşallah sürəti çox, ağılı yox, uzunluğuda ki, elə bil vaqondu. Bu “vaqonları” sürücülər elə idarə edir ki, sanki BMW-di. Bütün bunlardan əsas zərər görən isə sərnişinlərdir. Sərnişinlərin həyatını təhlükə altına atmamaq və belə neqativ halları aradan qaldırmaq üçün marşrutda olan avtobusların hərəkətetmə intervalını artırmaq olar. Bu isə həm sürücülərə, həm də sərnişinlərə sərf edər.

Qeyd: APA.AZ ın məlumatına görə bu gün Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Aprel 18, 2013 tarixində Hadisə, Rəy içində dərc edildi və , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Geri bildiriş: Bərəkətli pazlar | Xuray

Bəs siz nə düşünürsünüz?